Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 16:38:00
Azərbaycanda vurulan vaksinlərin sayı 11,5 milyonu keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə 32 735 vaksin vurulub.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124, buster doza üzrə vaksin olunanların sayı 25 215-dir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 699 487, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 644 216 təşkil edir.