Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-19 10:12:00
DİM: TOEFL iBT Propell praktik təlimini təşkil edir

Dövlət İmtahan Mərkəzi (DİM) 16 dekabr saat 18:30, 18, 19 dekabr tarixlərində isə 15:00-da Zoom platforması üzərindən ETS Global ilə birgə ESL (ingilis dili ikinci dil kimi) müəllimləri üçün üçgünlük TOEFL iBT®️ Propell®️ praktik təlimini təşkil edir.

 

AzEdu.az xəbər verir ki, bu təlim ingilis dili müəllimlərin akademik ingilis dilini öyrətməkdə qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş üçgünlük peşəkar inkişaf proqramıdır. Təlimin spikeri ETS Global-ın Akademik Əlaqələr və ELT koordinatoru Yasemin Arşındır. Təlim zamanı müəllimlər dilin öyrədilməsi zamanı inteqrasiya olunmuş bacarıqlar yanaşması, bununla bağlı təlimat üsulları və strategiyalarını öyrənəcək, eyni zamanda TOEFL iBT testinin oxuma, dinləmə, danışıq və yazı bölmələrindən praktiki nümunələr ilə tanış olacaqlar.

 

Bütün sessiyalarda iştirak edən iştirakçılar sertifikatla təltif olunacaqlar.

 

Qeydiyyat üçün linklər:

 

16 Dekabr (18:30):

https://us02web.zoom.us/meeting/register/tZcod-mrrzsqH9y_bza4bypjKYHyOhmy5H4p

 

18 Dekabr (15:00):

https://us02web.zoom.us/meeting/register/tZUuduutqz0pG9yFEVUjDGdVXr2JsywDgH9F

 

19 Dekabr (15:00):

https://us02web.zoom.us/meeting/register/tZUuc-uvqjkrGNEukzuWQM-nquaPgtfSmDgI