Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 10:28:00
Bu universitetə rektor və iki prorektor təyinatı gecikir

Bakı Slavyan Universitetində (BSU) bir neçə yüksək vəzifə yeni təyinat gözləyir.

AzEdu.az-ın məlumatına görə, adı müxtəlif qalmaqallara qarışan Nurlana Əliyevanın universitetin rektoru vəzifəsindən azad edilməsindən 5 aya yaxın vaxt keçsə də, bu ali təhsil ocağına yeni rəhbər təyin olunmayıb.

 
Hazırda Bakı Slavyan Universitetinin rektorunun səlahiyyətlərini Anar Nağıyev icra edir. Qeyd edək ki, Anar Nağıyev Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyir.

BSU-da rektorun müşaviri postu da təyinatı gecikən yüksək vəzifələr sırasındadır.

Bundan başqa, universitetdə iki prorektor vəzifəsinə də hələ təyinat olmayıb. Belə ki, Beynəlxalq münasibətlər üzrə prorektor və Ümumi işlər üzrə prorektor vəzifələri də vakantdır.

A.Qorxmaz