Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-15 11:40:00
Vətən müharibəsi iştirakçısı olan fizika müəllimi birinciliyi qazandı - FOTO

 Polad Həşimovun xatirəsinə keçirilən Olimpiadada birinci yeri Vətən müharibəsi iştirakçısı qazandıb

 

AzEdu.az xəbər verir ki, Azərbaycanda müəllimlər arasında Polad Həşimovun xatirəsinə həsr olunmuş Zəfər Olimpiadası keçirilib.

 

Olimpiadada fizika fənni üzrə birinci yerə Vətən müharibəsi iştirakçısı olan fizika müəllimi Ələmdar Hüseynov layiq görülüb.

 

Qeyd edək ki, Hüseynov Ələmdar Hüsaməddin oğlu Cəlilabad rayonu, Alar kənd 3 nömrəli tam orta məktəbdə çalışır.

 

 

O, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq işğal altında olan torpaqların azad olunması uğrunda Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında könüllü olaraq iştirak edib. Ə.Hüseynov Prezidentin sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.