Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-07 15:17:00
“Ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblər” mövzusunda vebinar təşkil olunacaq

Təhsil İnstitutu oktyabrın 28-də “Ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblər” mövzusunda vebinar keçirəcək.

 

AzEdu.az xəbər verir  ki, vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, dərslik müəllifi, “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Tərəqqi” medalına layiq görülmüş Aynur Rüstəmova çıxış edəcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.