Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-07 10:58:00
DİM: 19 nəfər TOEFL iBT imtahanı verib

Noyabrın 6-da Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, imtahan DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunub. COVID-19 pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına gələn iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda 19 nəfər iştirak edib. Onlar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının noyabrın 13-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə etmək mümkündür.