Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 18:29:26
“Zəfərə gedən yol” - FOTOLAR

Bu gün 62 nömrəli məktəb-liseydə Zəfər gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə “AzərSun” Holdingin marka rəhbəri Ayaz Abdullayev, YAP Nizami rayon təşkilatının nümayəndəsi Tünzalə Əliyeva, məktəbin iki şəhid məzunu Elsəvər Əhədzadənin anası, Samir Xəlilovun bacısı, Vətən müharibəsinin qaziləri iştirak edib.

 

“Zəfərə gedən yol” adlı tədbirə şagirdlərin 44 günlük “Dəmir yumruq” əməliyyatına həsr olunmuş əl işlərindən ibarət sərgi ilə başlanılıb. Tədbir ədəbi-bədii kompozisiya üzərində qurulub, məktəb şagirdləri şəhidlərimizə, qazilərə olan sevgilərini nümayiş etdiriblər.

 

Bundan əlavə, tədbirdə Türkiyə və Azərbaycanın sarsılmaz dostluğunun davamlılığı vurğulanıb. 

 

Sonda 62 nömrəli məktəbin direktoru Mətanət Cabbarlı, şəhid Elsəvər Əhədzadənin anası şanlı qələbəmizdə igidlik göstərən qəhrəmanlardan söz açıblar.

 

Qeyd edək ki, tədbir məktəbin tarix müəllimi Vüsal Musayev, musiqi müəlliməsi İradə Muradova tərəfindən təşkil edilib.

 

Sonda “AzərSun” Holding tərəfindən şəhid ailələrinə sovqat paylanılıb.