Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-06 15:58:00
Dostlarım erməni vəhşiliyinin qurbanı oldu-Müharibə iştirakçısı olan təhsil işçisi

8 noyabra sayılı günlər qalarkən hər bir azərbaycanlı həmin vaxtları xatırlayaraq müharibəni yada salır.

 

II Qarabğ savaşı zamanı bir çox sahədən olan şəxslər kmi təhsil işçiləri də torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıb.

 

Onlardan biri olan Şamil Həsənli Tərtər rayon məktəbində gözətçi olaraq fəaliyyət göstərir.

 

O, müharibənin qanlı günlərini yada salaraq döyüşlər barədə söz açıb:

 

“Səfərbərlik elan edildikdən sonra müharibəyə çağrıldım. Goranboy rayon N saylı hərbi hissəyə göndərildim və burada 4-5 gün təlim keçdim. Sonra isə bizi başqa hərbi hissəyə gətirdilər və hamı vəzifələri üzrə bölündü. Qaranlıq meşəyə getdik və orada hamımızın adına silah təhkim olundu. Bizi Meşəli kəndində yerləşən hərbi divizyona gətirdilər. Sonra Goranboy rayon Tapqaraqoyunlu kəndinə getdim. Buradan da Talış yüksəkliyi istiqamətində hücuma başladıq və düşmən postlarının alınmasında xidmət göstərdim. Suqovuşan istiqamətində yaralıların təxliyə olunmasına da yardım etdim.  Talış-Suqovuşan arakəsmə yüksəkliyi olan Ağuçuq deyilən bölgədə 1350 metr yüksəklikdə oktyabrın 17-dən xidmətə başladım. Həmin ərazidən 300 metr yüksəklikdə düşmən postu yerləşirdi. Onlar bizi vurmağa çalışırdılar və həmin ərazi çox təhlükəli idi. Burada bir çox yoldaşlarım həlak oldu, həmçinin  yaralandı. Həmin ərazi o qədər təhlükəli idi ki, ərzaq gətirməkdə belə çətinlik çəkirdik Çünki düşmən hər istiqamətdən bizi vurmağa çalışır və izləyirdi. Qrup şəklində bölünüb 6-7 nəfər olmaqla  ərazidə xidmət edirdik. Bir yerdə dayanmırdıq ki, düşmən həmin hissəni vura bilməsin. Biz noyabrın 9-na kimi həmin yüksəklikdə olduq. Bu vaxt hazır vəziyyətdə gözləyirdik ki, düşməni vuqar, lakin gecə atəşkəs elan olunduğunu öyrəndik. Öyrəndik ki, müharibə qələbə ilə bitib və torpaqlarımız düşmən tapdağından xilas olunub. Bu yolda bizim şəhid və qazi olan yoldaşlarımız oldu. Bütün şəhid olan şəxslərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyirəm”.

 

O, müharibə zamanı yaşadığı ağır olayları diqqətə çatdırır:

 

“Dostlarım gözümün qarşısında şəhid oldu və bu mənə çox pis təsir edirdi. Bizə oktyabrın 10-da humanitar atəşkəs elan olduğunu demişdilər. Lakin yaralı dostlarımızı xilas etməyə çalışarkən onlar atəşkəsə əməl etməyərək bizi vurdular. Atəşkəsə inanaraq səngərin içərisindən val qazaraq özümüzə sığınacaq düzəldirdik. Bununla biz çalışırdıq ki, təhlükəsizliyimizi qoruya bilək. Düşmən o ərəfədə heç bir atəşkəs qaydalarına əməl etmirdi. Mənim müharibə dostlarım da bunun qurbanı oldular”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları