Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 11:15:00
AzTU-nun Pakistanın qabaqcıl universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüb.

 

AzEdu.az xəbər verir  ki, rektor Vilayət Vəliyev iki dost ölkə arasında əməkdaşlıq münasibətlərindən danışıb. Bildirib ki, Pakistan Azərbaycanının müstəqilliyini tanıyan ikinci ölkədir və beynəxalq arenada hər zaman ölkəmizi dəstəkləyir. Rektor 44 günlük Vətən müharibəsində Pakistan dövlətinin və xalqının Azərbaycana həm siyasi, həm də mənəvi dəstəyini xüsusi vurğulayıb.

 

Görüşdə səfirə universitetdə görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verilib.

 

Səfir Bilal Haye Texniki Universitetdə olmaqdan məmnunluğunu ifadə edib. O, iki dost ölkə arasında tarixi əlaqələrdən danışıb, həmçinin elm və təhsil sahəsində də əməkdaşlığın önəmini qeyd edib.

 

Görüş zamanı AzTU ilə Pakistanın qabaqcıl universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə elmi-təqdiqat layihələrində iştirak, tələbə-müəllim mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Səfir Bilal Haye 2022-ci ilin əvvəlində AzTU tələbələrinə “Pakistan və Azərbaycan əlaqələri” mövzusunda mühazirə demək arzusunda olduğunu bildirib.