Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-31 10:42:00
Haitidə məktəbə hücum olub, xəsarət alanlar var

Haitinin paytaxtı Port-o-Prensdə məktəbə silahlı hücum olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

 

Məlumata görə, hadisə nəticəsində azı 4 nəfər yaralanıb.

 

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yaralılar arasında bir uşaq da var.

 

İlkin versiyaya görə, silahlı dəstə üzvləri hücumu adam oğurluğu məqsədi ilə həyata keçiriblər.

Polis cinayətkarları axtarır.