Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 17:28:00
Fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib

Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki,

Fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib

fizika fənnindən iclasın gündəlik məsələsi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramın müzakirəsi olub. Rus dili fənnindən isə buraxılış imtahanları üçün proqramlar müzakirə edilib.

 

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklər ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdə uyğunsuzluq, mübahisəli məqamlar olarsa, proqramlarda nəzərə alınacaq.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Müzakirə noyabrın 3-də davam etdiriləcək.