Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 14:08:00
 Işə qəbulla bağlı materialların hazırlanması üzrə elektron qeydiyyata başlanılıb

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat, magistratura və rezidenturaya qəbul və dövlət qulluğuna işə qəbul üzrə imtahanların məzmunu ilə bağlı materialların (proqramlar, imtahan modelləri və yoxlama-ölçmə materiallarının hazırlanması, ekspertizası, tədris aparılan digər dillərə tərcüməsi) hazırlanmasında, ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərin monitorinqində ekspert kimi iştirak etmək istəyənlərin elektron qeydiyyatına başlanılıb.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, qeydiyyat dekabrın 1-i saat 23:59-dək aparılır.

 

Qeydiyyatdan keçmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalı, bu keçiddən istifadə etməklə, “Şəxsi vərəq”i doldurmalı və təsdiq etməlidir. “Şəxsi vərəq”in təsdiq edilməsində çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1524) telefon nömrəsinə zəng edə və DİM-in regional bölmələri ilə əlaqə saxlaya bilərlər. Regional bölmələrin ünvanları və əlaqə vasitələri DİM-in saytında yerləşdirilib.