Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-26 14:36:00
Azərbaycanda son sutkada 2266 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 266 yeni yoluxma faktı qeydə alınıb, 1 194 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 520 068 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 486 426 nəfər müalicə olunaraq sağalıb, 6 939 nəfər vəfat edib, aktiv xəstə sayı 26703 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 552, ötən müddət ərzində isə ümumilikdə 5 131 033 test aparılıb.