Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-24 11:57:00
“44 Gün” respublika virtual yaradıcılıq müsabiqəsinin seçim turu noyabrın 4-dək davam edəcək

Təhsil Nazirliyinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “44 Gün” respublika virtual yaradıcılıq müsabiqəsi davam edir.

 

AzEdu.az xəbər verir  ki, müsabiqə təsviri sənət, şeir və esse nominasiyaları üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda təşkil olunub.

 

Müsabiqənin I mərhələsi oktyabrın 20-də başa çatıb. Noyabrın 4-dək davam edəcək II mərhələdə münsiflər heyəti tərəfindən qiymətləndirilmə aparılacaq və qaliblər müəyyənləşdiriləcək.

 

Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

 

Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 597 13 42 və +994 50 497 97 55 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.