Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 09:50:00
ABŞ-da universitet məzunlarının tədbirində atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Luiziana ştatında yerləşən Qramblinq Dövlət Universitetində məzunlar gününə həsr olunmuş tədbirdə silahlı insident baş verib.

 

AzEdu.az xəbər verir ki, bu barədə “CNN”ə universitetdən bildirilib.

 

Səhər saatlarında baş verən hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə şəxs yaralanıb.

 

İlkin məlumatlara görə, ölən şəxs tələbə deyil.

 

Həmin gün universitetdə bütün dərslər ləğv edilib, tədbir təxirə salınıb.

 

Atəş açan şəxsin saxlanıldığı bildirilib, hadisə ilə bağlı araşdırmaya başlanılıb.