Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 17:08:00
n “İş dəftərləri ilə bağlı məsələdə günahkar axtarmağa çətinlik çəkirəm-Nadir İsrafilov

Bununla belə, bu məsələnin bu günə qədər açıq qalmasına da təəssüflənirəm.


Yeni dərs ilinin başlanması ilə əlaqədar iş dəftərləri ilə bağlı məsələ yenidən gündəmə gəlib
. Satışda iş dəftərləri niyə tapılmır?”; “Şagirdlər üçün iş dəftərləri niyə yoxa çıxıb?”; Aşağı siniflər üçün iş dəftərləri tapmaq müşkülə çevrilib ; Şagirdlər üçün iş dəftərləri niyə poçtlarda satılır? və s. bu kimi yazılar ayrı-ayrı saytların manşetinə çıxarılıb. Müvafiq qurumlardan kimi isə "Azərpoçt" MMC ilə Təhsil Texnologiyaları Mərkəzi arasında bağlanan müqaviləni əsas gətirir, kimi isə bu satışın kitab mağazalarında təşkil olunmasını əsaslandırmağa çalışır, bir çox valideyn isə iş dəftərlərini ala bilmədiklərindən gileylənir. Bununla bağlı Təhsil İnstitutunun açıqlamasında isə bildirilir ki, iş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb, valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir. Poçta müraciət edən valideynlər orada sözügedən ləvazimatların tapılmadığını deyirlər.


Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün təhsil sahəsinin təcrübəli mütəxəssislərindən biri Nadir İsrafilovun məsələyə münasibətini öyrəndik.
“Mən “Iş dəftərləri ilə bağlı məsələdə günahkar axtarmağa çətinlik çəkirəm, bununla belə, bu məsələnin bu günə qədər açıq qalmasına da təəssüflənirəm. Bu yeni məsələ deyil. Sadəcə, sanki, bir qayda olaraq, hər tədris ili başlayanda, iş dəftərləri mövzusu aktuallaşır. 2007 –ci ildən bu yana "Məktəblilərin iş dəftəri bəlası", "Orta məktəblərdə iş dəftəri biabırçılığı", "Valideynlər üçün "məktəb faciəsı", "İş dəftərləri bilik mənbəyidir, yoxsa qazanc?" və s. bu kimi başlıqlı yazılarneçə dəfələrlə manşetlərin bəzəyi olub.

 

Bir daha xatırlatmaq yerinə düşər ki, Təhsil Nazirliyi "İş dəftərləri"nin tətbiqini kurikulum sisteminə uyğun olaraq 2007-2011-ci illər üçün məqbul saymışdı. Çünki, o dövrdə  kurikulumun tələblərinə uyğun dərsliklər hazırlanana qədər belə dəftərlərdə istifadə olunması zərurəti yaranmışdı. Lakin təəssüflər olsun ki, bundan kütləvi şəkildə sui-istifadə hallarına yol verildi. Bu iş dəftərləri təhsilə, biliyə və elmə xidmətdən daha çox kommersiya maraqlarına xidmət etməyə başladı, dəftərlərin üz qabığı Coca-Cola, Pepsi, Azercell, Bakcell və s. reklamlarla bəzədildi. Qiymətlər çoxları üçün əlçatan olmadı. İctimaiyyət bu məsələnin üstünə getdi. Bu, mətbuatda da geniş işıqlandırıldı və nazirlik iş dəftərlərinrslik komplekti siyahısından çıxarılması barədə əmr verdi. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanuna əsasən dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməməsi nəzərdə tutuldu.


Belə çıxır ki, əslində kurikuluma uyğun yeni nəsil dərsliklər hazırlandıqdan sonra d
aha çox biznes və kommersiya məqsədlərinə xidmət edən və valideynlərə məcburi sırınan "İş dəftərləri”nə elə də bir ehtiyac qalmır. Təhsil Nazirliyindən isə zaman-zaman, dəfələrlə bildirilib ki, "İş dəftərləri" dərslik komlektindən çıxarılıb, onların istifadəsi məcbur deyil. Hətta belə bir rəsmi bəyanat da verilmişdi ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərləri aldırırlarsa, o zaman valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Qanunverciliyə əsasən buna dair ciddı ölçü götürüləcək. Belə hallar baş verirsə, biz buna qarşı mübarizə aparacağıq." Lakin məsələ olduğu kimi qalır. İş dəftəri aldırılır, onlardan ev tapşırıqları verilir.. Bununla belə üstündən artıq neçə illər keçməsinə baxmayaraq, vəziyyət o qədər də dəyişməyib.


Bəs problemin düyünə düşməsinin
səbəbi nədir? Kimsə bunu belə qəbul edir ki, iş dəftərləri dərslik komplektindən çıxarılıb, tədris prosesindən ki, çıxarılmayıb. Eynilə belə çıxır ki, iş dəftərlərindən istifadə edə də bilərsən, etməyə də. Bu məsələdə Təhsil Nazirliyindən asılı olmayan səbəblər də var, digər korporativ və kommersiya maraqları və s. də var. Məlum olduğu kimi "İş dəftərləri" 2013-cü ildən Təhsil Nazirliyindən alınaraq müstəqil nəşriyyatlara verilmişdi. Bir çox müəllimlər və məktəb rəhbərləri də bizə məlum olan və məlum olmayan səbəblərdən bu dəftərlərin istifadəsində maraqlıdırlar. "İş dəftərləri"nin alınmasında ayrı-ayrı valideyn və şagirdlərə müəyyən təzyiqlər barədə də çox deyilib, çox yazılıb. Bir çox valideynlərimiz də bu kimi məsələlərə loyallıq göstərməkdə davam edirlər.


Təhsil Nazirliyinin mövqeyi isə belə olub ki,
dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlər əsas tədris vəsaiti olan dərsliklərlə pulsuz təmin edilirlər. Dərsliklərdə kifayət qədər çalışmalar var ki, onların adi yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsi tam təmin olunsun. Lakin bununla belə müəllim təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris resurslarından da istifadə edə bilər. Müəllim tədris prosesində şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq, onlara müxtəlif vəsaitlərdən, eləcə də iş dəftərindən tapşırıqlar verə və bununla da diferensial yanaşmanı təmin edə bilər


Digər bir yanaşmaya görə isə, ş
agirdin istifadəsində olmayan hər hansı vəsaitdən istifadə edilməsi və ya onun alınmasına məcbur edilməsi tədris-metodik baxımdan yolverilməzdir. Müəllim tərəfindən tədris prosesində istifadə edilən istənilən tədris resursları şagird üçün əlçatan olmalıdır.


Əgər doğrudan da iş dəftərləri, testlər və s. məcburi deyilsə, o zaman təhsili onun üzərində qurmaq
da düzgün deyil. Əks halda valideynlər onları almaq məcburiyyətində qalır və əlavə xərcə düşmüş olurlar. Bu isə, aztəminatlı ailələr üçün isə xüsusilə çətinlik yaradır. Bir məsələ də var ki, qeyd etdiyimiz vəsaitlər təhsildə xüsusi önəm daşıyır, həm də tək Azərbaycan təhsilində deyil, dünyanın bir çox ölkələrindətəhsilin ayrılmaz hissəsidir.


Deməli
, istər-istəməz dilemma qarşısında qalırıq. Sözügedən məsələnin hər dəfə dartışmaması üçün çıxış yolunu isə onda görürəm ki, ya, “İş dəftərləri” dərs kitabları ilə bərabər, şagirdlərə pulsuz verilməli, ya da, hələ də dərsliklərə əlavə qismində tətbiq edilməkdə davam edən "İş dəftərləri"nin nəşri və məktəblərə yol açmasına müdaxilə üçün nazirlyin nəşriyatlara təsiri olmalıdır. Təhsil sahəsidə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Təhsil Nazirliyidir. Dərslik siyasəti də təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Yaranmış vəziyyət bir vaxtlar bu mühüm strateji sahənin əldən verilməsinin təzahürüdür.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları