Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-28 11:15:00
Milli Qəhrəmanın adını daşıdığı məktəbdə şəhidlərin xatirəsi anıldı

 

 

 

Bakı şəhəri  Azərbaycanın Milli Qəhrəmanı A. Məmmədov adına 38 nömrəli tam orta məktəbində şəhidlərin xatirəsi anılıb.

 

 

 

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

 

 

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycanın mərd oğulları 30 il həsrətində olduğumuz torpaqlarımızı özümüzə qaytarmış, əsl qəhrəmanlıq nümunəsi göstərmişlər. Xalqımız mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

 

 

27 sentyabr Anım Günü ilə bağlı respublikamızın hər yerində olduğu kimi təhsil müəssisələrində də silsilə tədbirlər nəzərdə tutulub. Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı tədbirlər planı”na və Təhsil İdarəsinin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Gününə həsr olunmuş tədbirlər çərçivəsində belə tədbirlərdən biri də Bakı şəhəri Yasamal rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbində keçirilib. Məktəb Birinci və İkinci Qarabağ müharibəsində 8 şəhid verib.

 

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yaqut Əfəndiyeva cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyindən, qürur duyduğundan söz açaraq, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd etmiş,  torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini, şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas vəzifə olduğunu xüsusi olaraq vurğulamışdır.

 

 

Tədbirdə məktəbin yetirməsi Qarabağ qazizi Abbaslı Abbas, İkinci Qarabağ müharibəsinin iştirakçıları olan məktəbin məzunları Nurlan Mikayılov və Nəsimi Məmmədov çıxış edərək  məktəblilərlə müharibə xatirələrini bölüşmüşlər. Sagirdlərin ifasında vətənpərvərlik şerlərindən parçalar səsləndirilmişdir. Tədbirin sonunda bir qrup müəllim İkinci Qarabağ müharibəsində şəhid olmuş Elvin Salahovun ailəsini ziyarət etmişlər.