Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-24 09:36:00
 TQDK-nın ilk sədri Vurğun Əyyub haqqında kitab yazıldı - Deputat təəssüratı 

 

“Vurğun bəy yaddaşlarda təhsil islahatçısı, dürüst siyasətçi, gözəl müəllim və dəyərli dost kimi qalır və qalacaqdır”

 

AzEdu.az  xəbər verir ki, bu sözləri Milli Məclisinn  deputatı  Etibar  Əliyev  Vurğun  Əyyubun  anım  günündə  onu xatırlayaraq  deyib.

 

Deputat  bildirib ki, bu günlər həm də ali məktəblərə daxil olan minlərlə abituriyentin sevinc günüdür:

 

“Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ideya müəllifi və ilk sədri olmuş, pedaqoq, tədqiqatçı, ədəbiyyatşünas Vurğun Əyyubun anım günüdür. Onun Ömür yolu, anılar, anım xatirələri, Anım xəbərləri, Məqalə və xatirələr, müsahibələrdən ibarət mətnləri özündə birləşdirən "Sevgi seli" kitabında toplanıb. Kitabın məsləhətçisi Əli Şamil, İdeya və ön söz müəllifləri professor Bədirxan Əhmədov, Etibar Əliyev və Anar Əsədlidir. Vurğun bəy yaddaşlarda təhsil islahatçısı, dürüst siyasətçi, gözəl müəllim və dəyərli dost kimi qalır və qalacaqdır...Bu günlər həm də, Ali məktəblərə daxil olan minlərlə abituriyentin sevinc günüdür. Onlara xoşbəxtlik bəxş edən məqam - özülü dürüstlük və şəffaflıqla yoğrulmuş bir qurumun indiyə qədər yaşamasıdır”.

 

O, Vurğun Əyyubun  son  əsərindən danışıb:

 

“Dəyərli Dostum! Allahdan sənə Rəhmət diləyirəm...

Dostum Vurğun Əyyub ömrünün sonuna yaxın çap etdirdiyi "Azərbaycan romantizmini araşdırarkən...” adlı sanballı əsərini mənə bağışladı və dedi ki, oxuyub fikrimi bildirim...Kitabın dəyəri barədə ona heç nə deyə bilmədim. Komaya düşmüşdü. Zəhmətin hədər getməyib, əziz dostum! Çox dəyərli kitabdır, Vurğun bəy! Tələbələr və ədəbiyyatçılar üçün əla vəsaitdir”.