Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-27 10:50:19
“Gənc müəllimin həvəsləndirmə pulu dayanan kimi başqa işə keçir” – Ucqar kənd müəllimi

“Məsələn, mən 23 yaşımda işə qəbul olmuşamsa, daha bunu 27 yaşımda dayandırmasınlar, elə 35 yaşa qədər versinlər. Bunlar olmadığına görə, əksər gənc müəllimlər həvəsləndirmə pulu dayanan kimi ya iş yerini dəyişirlər, ya da çoxu işdən çıxıb başqa işlə məşğul olurlar”.

Bu sözləri açıqlaması zamanı AzEdu.az-ın “ucqar kənd müəllimləri” şəbəkəsinin Hacıqabul şəhərindən üzvü Müşfiq Nağıyev deyib. Onun sözlərinə görə, həvəsləndirmə pulu 35 yaşa qədər dayandırılmadan verilməlidir.

“Ucqar kənd müəllimlərinə 3 il H1 və ya H2 pulu verilir, əlave qalıb işləmək istədikdə isə bunu cəmi iki il artırırlar. Həmin iki il də bitəndən sonra pul kəsilir. Bir yerden başqa ucqar kəndə işləməyə gedən müəllim 10-15 saat dərsin pulu ilə necə yaşasın? Kommunal xərcləri necə ödəsin? Əgər müəllim ailəlidirsə, onda lap beli qırıldı.

Təklif edirəm ki, həvəsləndirmə pulu elə 35 yaşa qədər ödənilsin, day 3-5 il yox. Limit 35 yaşa qədər qoyublar, amma istərdim ki, bu pul elə 35 yaşa qədər verilsin. Məsələn, mən 23 yaşımda işə qəbul olmuşamsa, daha bunu 27 yaşımda dayandırmasınlar, elə 35 yaşa qədər versinlər. Bunlar olmadığına görə, əksər gənc müəllimlər həvəsləndirmə pulu dayanan kimi ya iş yerini dəyişirlər, ya da çoxu işdən çıxıb başqa işlə məşğul olurlar, adətən, Rusiyaya gedirlər. Məncə, bu, ciddi məsələdir”.