Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-09 13:03:00
XİN başçısı: “Təhsilə olan hücumlar beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır”    

Xarici işlər naziri Ceyhun Bayramovtviter səhifəsində 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.


AzEdu.az xəbər verir ki, o, dayanıqlı gələcəyin təminatı üçün insanların təhsil hüququnun olmasının vacibliyini vurğulayıb.


XİN başçısı bildirib ki, təhsilə olan hər növ hücum beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır.


“Ermənistanın təxribatı nəticəsində həyatı və təhsili yarımçıq qalan övladlarımızı dərin kədərlə yad edirik” – deyə nazir C.Bayramov əlavə edib.