Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-09 10:12:00
Maliyyə Nazirliyi: Gələn il təhsil xərcləri 3,4 milyard manat proqnozlaşdırılıb

2022-ci ildə təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi üçün 3 milyard 740 milyon manat vəsait proqnozlaşdırılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.

Bildirilib ki, bu, 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur.