Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 17:24:00
Peyvənd olunanların sayı açıqlanıb  

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 033 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 483 nəfərdir.

 

Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 371 182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 418 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 952 968 təşkil edir.