Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 09:36:00
Xanlar Xanlarzadə: “Dövlət sifarişi ilə ali məktəbə qəbul olunanların sayı artıb” 

“Bu il Azərbaycanda 44 861 nəfər tələbə adını qazanıb”.

 

AzEdu.az xəbər verir ki, bu baradə MediaTürk TV-ə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə məlumat verib.

 

Onun sözlərinə görə imtahan verənlərdən 22 min 856 nəfər dövlət sifarişli, geridə qalanlar isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib:

 

“Hər il tələbə adını qazananların sayı artır. Müsbət dinamika müşahidə olunur. Ötən illə müqayisədə bu il 2130 daha çox abituriyent tələbə adı qazanıb. Eyni zamanda dövlət sifarişli yerlərə qəbul olanlarıın sayı da ötən illə müqayisədə 1000 nəfərdən çox artıb”.

 

Xanlar Xanlarzadə həmçinin qeyd edib ki, artıq boş qalan 4 min 700-dən çox plan yerlərinə də qəbul prosesinə start verilib və müraciətlər sentyabrın 10-na qədər davam edəcək:

 

“1-ci və 2-ci qrupda daha çox boş yer qalıb. Amma hamısının dolacağını düşünmürük. Çünki kənarda qalanların çoxdu müsabiqə şərtlərini ödəmir”. Xanlar Xanlarzada boş qalan plan yerləri ilə bağlı hər hansı güzəştin nəzərdə tutulmadığını, yəni qəbul ballarının aşağı salnmayacağını da söyləyib. O, qeyd edib ki, ikinci turda iştirak edən tələbələr boş qalan plan yerlərinə müraciət etmək üçün müsabiqə şərtlərini ödəmədiklərindən onların bu ixtisası qəbul olmaları da ədalətsizlik olar.