Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-23 15:04:00
Valideynlərin təhsil sahəsində bu hüquqları da var imiş?- DİQQƏT

 

Təhsil  sahəsində  təhsilalanlar  və təhsilverənlərlə yanaşı, valideynlərin də  müəyyən  hüquq  və  vəzifələri  var.

 

Valideynlər və ya digər  qanuni  nümayəndələr  “Təhsil  haqqında”Qanunda  müəyyən edilən  bu hüquq və vəzifələrə  əsasən,tədrisin təşkili, müəssisənin  idarə  edilməsində  iştirak edə bilər.

 

Bəs  valideynlərin,yaxud  digər  qanuni  nümayəndələrin  hüquq  və vəzifələri hansılardır?

 

AzEdu.az  “Təhsil  haqqında” Qanunla  müəyyən  edilən  həmin  hüquq  və  vəzifələri  təqdim  edir.

 

Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:

 

1.Yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;

 

2.Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;

 

3.Təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;

 

4.Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;

 

5.Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:

 

1.Övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;

 

2.Övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;

 

3.Təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq;

 

4.Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.