Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-01 14:45:00
Azərbaycan Tokioda 11-ci qızıl medalını qazandı  

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

 

AzEdu.az xəbər verir ki, V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini qabaqlayaraq çempion olub.

 

Qeyd edək ki, bu, Azərbaycan millisinin Tokio-2020-də qazandığı 16-cı medaldır. Medallardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.