Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-30 17:26:00
Azərbaycanda daha 3 107 nəfər koronavirusa yoluxub, 39 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 107 yeni yoluxma faktı qeydə alınıb, 1 770 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki , analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib. 52 613 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, bu günə qədər isə ümumilikdə 4 442 244 test icra olunub.