Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 10:01:29
MİQ imtahanlarında üzrlü səbəblərdən iştirak etməyənlərin  NƏZƏRİNƏ! – Cəmi bir gündən sonra...  

Müəllimlərin işə qəbulu üzrə müsabiqə davam edir. Riyaziyyat müəllimi olmaq istəyənlərin imtahanı isə dünən  başa çatdı. Bu gün isə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər bu imtahanlarda biliklərini sınayacaqlar.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, üzrlü səbəblərdən hansısa fənn üzrə imtahanda iştirak edə bilməyənlərə imtahanda iştirak etmək üçün digər günlərdə şərait yaradılır. Məsələn, riyaziyyat üzrə imtahanlar 23-24 iyul tarixlərində keçirilibsə, 23 iyul tarixində imtahanda gələ bilməyən namizəd  24 iyul tarixində imtahanda iştirak edə bilər. Eyni qayda başqa fənlərə də aiddir.

Qeyd edək ki, imtahanlar  ibtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul tarixlərində keçirilib. İnformatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları