Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 09:12:00
Riyaziyyat və informatika müəllimi olmaq istəyənlərin imtahanları başa çatdı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin yeddinci günü uğurla başa çatıb.

Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan AzEdu.az-a məlumat verilib. Məlumatda qeyd olunub ki, riyaziyyat, informatika və təsviri incəsənət üzrə imtahanlarda 2883 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə riyaziyyat üzrə 56, informatika üzrə 55, təsviri incəsənət üzrə 55 bal qeydə alınıb. 

Qeyd edək ki,  iyulun 10-dan başlayaraq elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat göndərilib. İmtahanlar ibtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul tarixlərində keçirilib. Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları