Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-20 18:00:00
 COVID-19-a qarşı vurulan peyvəndlərin ümumi sayı 6 milyon dozanı ötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54455 vaksin vurulub.

 

AzEdu.az xəbər verir ki, Operativ Qərargahdan  məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43046, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11409 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6045471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3617203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2428268 təşkil edir.