Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-16 17:02:00
Bakı məktəblisi dünya ikincisi oldu-FOTO  

Paytaxt məktəblisi Macarıstanın paytaxtı Budapeşt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında qalib olub.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 76 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ruzanna Məmmədova 46 kq çəki dərəcəsində II yeri qazanıb.

 

Təsnifat mərhələsində qazax güləşçiyə tam üstünlüklə qalib gələrək dünya çempionatına start verən R. Məmmədova rumıniyalı rəqibini məğlub edərək adını yarımfinala yazdırıb. Türkiyə güləşçisini də məğlub edərək finala vəsiqə qazanan idmançımız həlledici görüşdə hindistanlı rəqibinə uduzaraq gümüş medala layiq görülüb.

Ruzanna Məmmədovanı, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!