Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 15:12:00
Müxtəlif öyrənmə metodları-Özünüzü bu şəkildə inkişaf etdirin

Fərqli hadisələr qarşısında inkişaf etdirilə və dəyişdirilə bilən davranışlara “öyrənmək” deyilir. Uşağın kiçik yaşlardan başlanan öyrənməyi həyatı bitənə qədər davam edir. Necə danışacağı, yemək yeyəcəyi, davranacağı kimi əsas öyrənmə proseslərindən əlavə məktəbdə, dostlar ilə birlikdə, kurs və ya evdə həyata keçirilən təhsil fəaliyyətləri də öyrənmə yolu ilə baş verir.

 

Öyrənmək çox qarışıq proses deyildir. Ancaq onun da  kateqoriyaları vardır.

 

AzEdu.az həmin kateqoriyaları təqdim edir.


-vizual öyrənmək


-
səslə öyrənmək


-toxunmaqla öyrənmək


Bu kateqoriyalar hər şəxs üçün ayrı ola bilər. Ancaq bir şəxs də bu formaların bir neçəsindən mənimsəyə bilər. Buna səbəb isə idraki və ətraf mühitimizin fərqli olmasıdır.


Vizual öyrənmədə daha çox rənglər, şəkillər, stillər əsas götürülür. Bəzən rəngli kağız, qələm, simvol, qarfik cədvəllər diqqət çəkir. Bu formanı mənimsəmiş şəxslər daha çox səliqə ilə yazılan qeydlər, balaca kağızlara rəngli qələmlə yazılan kəlimələr və s kimi vizual baxımdan zəngin olan  təhsil həyatı yaşayarlar.


Səslə öyrənmə isə qulağa xitab edən öyrənmə formasıdır. Bu zaman dinlənilən səs qeydləri, dialoqlarda olan vurğu, ton, səsli oxumaq və yüksək səslə təkrar etmək kimi hərəkətlər həyata keçirilir. Eyni  zamanda səsli kitablar, xarici filmləri səsli izləmək də bunlara aiddir.


Toxunaraq öyrənmək daha çox stol arxasında işləməyi sevməyən, xüsusi rejimə bağlı qalmayan şəxslər üçündür. Daha çox gəzərək, görərək, yeni yerləri kəşf edərək öyrənərlər. Hələ ki, məsələ xarici dil öyrənmək olarsa bu ən təsirli metodlardan biridir. Nəticədə bir dili öyrənmək üçün ən asan yol elə o dilin danışıldığı ölkədə olmaqdır, oranın mədəniyyətini öyrənməkdir.


Bunu da qeyd edək ki, eyni anda bir neçə öyrənmə formasından istifadə etmək həm öyrənməyinizi asanlaşdıracaq, həm də bu prosesi daha maraqlı, əyləncəli edəcəkdir.


Fidan Ali