Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 11:36:00
Azərbaycanlı alimin COVID-19-a qarşı hazırladığı peyvəndlə bağlı məqaləsi beynəlxalq jurnalda dərc olunub  

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun həmməüllifi olduğu məqalə nüfuzlu “Viruses” jurnalında dərc olunub.

 

Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, məqalə bir il 6 ay ərzində aparılmış tədqiqatların nəticəsi olaraq COVID-19-a qarşı hazırlanmış 2 peyvəndlə bağlı araşdırmaları əhatə edir.

 

Qeyd edək ki, “Viruses” jurnalının impakt faktoru 5.2-yə bərabərdir.