Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-12 13:15:00
Mərkəzi Elmi Kitabxana tərəfindən “Nizami Gəncəvi İli”nə layiqli töhfə  

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” metodik vəsaiti çapdan çıxıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib. Bildirilib ki, yeni nəşrin elmi redaktoru MEK-in baş direktoru professor Məmməd Əliyev, ixtisas redaktoru kitabxananın Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, rəyçiləri dosentlər Zəhra Allahverdiyeva və Nigar İsmayılovadır.

 

“Elm” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilən metodik vəsaitdə AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi üsulları və formaları haqqında məlumat verilir. Həmçinin Nizami Gəncəvi “Xəmsə”sinin dünya kitabxanalarında saxlanılan əlyazmalarına dair materiallar toplanıb. Kitabın əhəmiyyətli tərəflərindən biri də Azərbaycanda nizamişünaslığın inkişafında mühüm rol oynayan alimlərin əsərləri haqqında biblioqrafik məlumatların verilməsidir. Təqdim olunan metodik vəsait Nizami Gəncəvi irsinin təbliği və tədqiqi ilə məşğul olan kitabxanaçılar və oxucular üçün nəzərdə tutulub.

Müəllifin “Nizami Gəncəvi İli”nə layiqli töhfəsi olan, oxucuların marağına uyğun şəkildə tərtib edilən sözügedən metodik vəsaiti arzu edənlər MEK-dən əldə edə bilərlər. Metodik vəsait, həmçinin MEK tərəfindən e-kataloqa daxil edilib.