Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-05 14:00:00
Ehtiyat kadrlar DİM-in təqdimatı əsasında analoji vəzifələrə təyin ediləcəklər

Dövlət orqanlarında ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təqdimatı əsasında digər dövlət orqanlarında analoji vəzifələrə təyin edilə bilərlər.

 

AzEdu.az xəbər verir ki, bu, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliyə əsasən, ümumi və daxili müsahibədən keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və analoji vakant vəzifə olduqda həmin vəzifəyə təyin edilirlər.