Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 10:24:00
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu avqustun 15-i saat 23:59-dək davam edəcək.

 

Sənəd qəbuluna dair ətraflı məlumatı Təhsil Nazirliyinin saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək olar.