Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-14 13:48:00
Subbakalavrların qeydiyyatı davam edir: 8328 nəfər ərizəsini təsdiqlədib  

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq etməlidirlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının müvafiq səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 13:15-ə olan məlumata görə, 8328 subbakalavr elektron ərizəsini təsdiqlədib.