Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-16 18:30:00
Yüksək bala görə sevinən, aşağı nəticəyə görə kameradan qaçan, valideynlərini həyəcanlandıran müəllimlər - VİDEO

Bu gün İbtidai sinif müəllimlərinin işə qəbul imtahanı keçirilib. İmtahan zamanı namizədlərə 90 dəqiqə ərzində 60 sual təqdim edilib. Onların 10-u kurikulum, 10-u məntiq, 40-ı isə ixtisas üzrə olub. 

İyulun 31-i isə sonuncu test imtahanı keçiriləcək. Bu gün daxil olmaqla növbəti üç gün ərzində ibtidai sinif müəllimlərinin imtahanı nəzərdə tutulub. İmtahanda iştirak etmək üçün ümumilikdə müsabiqəyə 50 min 697 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərdən 46 min 839 namizədin elektron ərizəsi təsdiq edilib. Gün ərzində 4000-ə qədər müəllimin imtahan verməsi üçün şərait yaradılıb. Seansar zamanı davamiyyət 90% olub. Seçim üçün vakant yerlər avqust ayında təqdim olunacaq. 

AZEdu.az müəllimlərin işəqəbul imtahanından hazırladığı videonu təqdim edir:

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları