2018-07-16 16:31:23
Müəllimlər üçün 6 mindən artıq vakant yer müəyyən olunub - RƏSMİ
"Hazırda Azərbaycanda müəllimlər üçün 6 mindən artıq vakant yer müəyyən edilib. Vakant yerlərin 500-ə yaxını Bakı şəhəri üzrədir".
AzEdu.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
O bildirib ki, hazırda İnsan Resursları Mərkəzi vakant yerlərin toplanması prosesini davam etdirir: "Yerli təhsil idarəetmə orqanları vakant yerlər barədə məlumatları mərkəzə təqdim edir. Proses davam etdiyi üçün yekun rəqəm demək çətindir. Vakansiyaların toplanması avqusta qədər davam edəcək. Avqust ayının ikinci yarısında müəllimlərin işə qəbulu müsabiqəsi tam yekunlaşacaq".
M.Camalzadə qeyd edib ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsahibənin test imtahanı mərhələsi başlanılıb: "İmtahanlar 13 gün davam edəcək, iyul ayının 31-i axırıncı test imtahanı günüdür. Bu gün daxil olmaqla növbəti üç gün ərzində ibtidai sinif müəllimlərinin imtahanı nəzərdə tutulub. Daha sonra digər fənn müəllimlərinin imtahanı nəzərdə tutulub".
Müdirin sözlərinə görə, ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50 697 nəfər qeydiyyatdan keçib: "Qeydiyyatdan keçənlərdən 46 839 namizəd elektron ərizəsini təsdiq edib. Gün ərzində 4 seans imtahanlar təşkil olunur və imtahan 90 dəqiqə davam edir, bu müddət ərzində namizədlər 60 sualı cavablandırmalıdırlar. Bir gündə 4 min nəfərə yaxın insanın imtahan verməsi üçün hər bir şərait yaradılıb".
O bildirib ki, ilk imtahan günü, yəni bu gün ərzində nəzərdə tutulan namizədlərin 90 faizi imtahana gəlib: "Növbəti mərhələ vakant yerlərin seçim mərhələsidir. Test imtahanından keçənlər növbəti mərhələdə iştirak edə biləcəklər".
Bu bölməyə aid digər xəbərlər
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53
Koronavirus infeksiyası müalicəsi üçün molekul yaradılıb
2024-04-20 09:03:58
UNEC-in baş müəllimi vəfat etdi
2024-04-15 16:13:25
Çingiz Abdullayevin son durumu AÇIQLANDI
2024-04-13 10:37:21
Süni intellekt asan tapşırıqları yerinə yetirə bilməyəcək
2024-03-30 09:18:02
Atom bombasının yaradılmasına dair ilk hesabat sənədi satıldı
2024-03-23 16:09:00
Bu gün Ümumdünya Meteorologiya Günüdür
2024-03-23 12:10:00
Şair-publisist Gülhüseyn Kazımlı vəfat edib
2024-02-25 12:03:49
kitabı
ÇOX OXUNANLAR
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
2 May 2024, 13:02
I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR
30 Aprel 2024, 12:10
“Bu il magistraturaya qəbulda güclü rəqabət olacaq”
26 Aprel 2024, 09:00
Məktəb və bağçalarda yaz tətili başlayır - TARİX AÇIQLANDI
27 Aprel 2024, 16:03
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib
1 May 2024, 12:45
Polis Akademiyasına qəbul: Ballar enəcək?
3 May 2024, 10:48
Sertifikasiya imtahanının dəqiq vaxtı AÇIQLANDI
29 Aprel 2024, 09:23
“Örnək müəllim” sertifikasiyadan kəsilənlərə müraciət etdi: “Təslim olmayın”
FACEBOOK