Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-15 17:40:08
Maddi durumu yaxşı olmayan NOBEL MÜKAFATÇISI

Dünyanın məşhur elm adamları müxtəlif ixtiraları ilə insan yaşamını asanlaşdırmış, bəziləri isə ümumiyyətlə dəyişmişlər. Türkiyənin məşhur elm adamı Aziz Sancar da belələrindəndir. 2015-ci ildə kimya üzrə Nobel mükafatının sahibi olan alimin uzun və çətin təhsil həyatı olub.

AzEdu.az xəbər verir ki, A.Sancar 1946-cı ildə Türkiyənin Mardin ərzisində anadan olub. Təsərrüfatla məşğul olan orta gəlirli ailənin yeddincisi olub. Orta təhsilini Mardində aldıqdan sonra İstanbul Universiteti Tibb  fakültəsini fərqlənmə ilə bitirib.

Ailəsinin maddi durumu elə də yüksək səviyyədə olmayan Aziz Sancar ABŞ-da dövlət təqaüdü ilə biokimya təhsili alıb. Amma bəzi sosial səbəbləri nəzərə alaraq ölkəsinə qayıdıb və bir müddət Türkiyənin Savur ərazisində həkimlik edib.

Amma fikri-zikri hələ də elmi araşdırmalarında olduğuna görə ABŞ-ın Texas Universitetinə gedib və burada molekukyar biologiya üzrə doktorantura təhsili alıb. Daha sonra elmi araşdırmalarını Yale Universitetində davam etdirib. Bu uğurlarına görə  ABŞ-dakı Karolina Universitetindən təklif alıb. Təxmini 40 illik araşdırma karyerası ərzində bir neçə universitetdə çalışan, xeyli mükafat əldə edən Aziz Sancar  sonralar DNA mexanizmləri mövzusunda etdiyi kəşflərlərə görə 2015-ci il Kimya Nobel Mükafatının sahibi olub.        

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları