Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-15 15:30:00
Diplomunda müəllim sözü yazılamyanlar MİQ imtahanında necə iştirak edə bilərlər? - TƏFƏRRÜATI  

“Bəzən diplomun özündə yazılan ixtisasla əlavədəki tədris olunan fənlərin siyahısında müəyyən fərqlər müşahidə olunur. Belə olan halda vətəndaşın vəziyyətinin ağırlaşdırılmaması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün onun ixtisasında pedaqoji istiqamətin mövcudluğunu hesab edir və müsabiqədə iştirakına şərait yaradırıq”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil tv-nin “Həftənin sualı” verilişi zamanı Təhsil İşçilərin Peşəkar İnkişafı İnstitutunun nəznində İnsan resursları mərkəzinin direktor əvəzi Murad Camalzadə deyib. O diplomunda “müəllim” sözü yazılmayanların MİQ-də iştirakı məsələsinə aydınlıq gətirərkən bildirib ki, müsabiqədə yalnız pedoqoji təhsilli şəxslər iştirak edə bilirlər:

 “Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin keçirilməsi qaydalarına əsasən,  ümumtəhsil müəssisələrinə müəllim vəzifəsinə o şəxslər işə qəbul edilə bilərlər ki, onlar ali və ya orta ixtisas təhsili müəssisəsini pedoqoji istiqamətlər üzrə bitirib, təhsil haqqında sənəd əldə ediblər. Bu, o deməkdir ki, bu müsabiqədə ali və ya orta ixtisaslı olmasından asılı olmayaraq yalnız pedoqoji təhsilli şəxslər iştirak edə bilirlər”.

Onun sözlərinə görə, bəzi hallarda müəllimin ixtisasında pedaqoji istiqamətin mövcudluğu hesab edilir və onun müsabiqədə iştirakına şərait yaradılır:

“İxtisasların təsnifatı qaydası 2009-cu ildə Nazirlər Kabineti tərəfindən yenilənib. Orada ali, eyni zamanda da orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı verilib. 2009-cu ildə təsdiq  olunmuş ixtisasların siyahısında ixtisas qrupları müəyyən edilir. Əvvəlki illərdə “Filologiya, Azərbaycan dili və Ədəbiyyat” ixtisası yazılır, eyni zamanda həm filoloq, həm müəllim və dilçi kimi nəzərdə tutulurdu. İndi isə təsnifatda birinci olaraq təhsildə ixtisas qrupu müəyyən edilir. Bəzilərində “Azərbaycan dili və ədəbiyyatı müəllimi” qeyd olunur, digərlərində isə “Filologiya, Azərbaycan dili, Ədəbiyyat”. Artıq ikinci pedoqoji istiqamət sayılmır.

Amma bəzən onların diploma əlavələrinə baxılır. Diplomun özündə yazılan ixtisasla əlavədəki tədris olunan fənlərin siyahısında bəzi fərqlər müşahidə olunur.

Məsələn, müəllim  2010-cu ildə kimya ixtisasına qəbul olunub. Bu, pedoqoji ixtisas sayılmır. Çünki pedoqoji təhsil üçün kimya müəlimi yazılmalı idi. Amma diploma əlavədə onun pedoqogika, metodika, kimyanın tədrisi üsulları və metodikası keçib, pedoqoji təcrübədə olduğu qeyd edilib.

Belə olan halda vətəndaşın vəziyyətinin ağırlaşdırılmaması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün onun ixtisasında pedaqoji istiqamətin mövcudluğunu hesab edir və müsabiqədə iştirakına şərait yaradırıq. Onlar müsahibədə rahatlıqla iştirak edə bilərlər. Müsahibədə onların sənədlərinə baxış keçiriləcək. Uğurla keçəcəkləri təqdirdə işlə təmin olunacaqlar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları