Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-15 10:16:00
“Bir müddət sonra BŞTİ-nə yeni müdir təyin olunacaq” – NAZİR MÜAVİNİ

“Yəqin ki, bir müddət sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə yeni təyinat olacaq. Bu, zərurətdir”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Məhətbbət Vəliyeva “ASAN” radioda canlı yayım zamanı deyib. O, yeni təyinat ilə bağlı təəssüratlarını bölüşüb:

“Təhsil Nazirinin müavini təyin olunmağım mənim üçün gözlənilməz deyildi. Bu, siyasi qərar, eyni zamanda da mənim fəaliyyətimə göstərilən böyük etimad  idi.

Bu, çox məsuliyyətli və şərəfli missiyadır. Üzərimə düşən bir sıra vəzifə və öhdəliklər var. Amma düşünürəm ki, uzun illər bu sahədə qazandığım təcrübə və bu istiqamətdə uğurlar əldə edən insanlarla sağlam ünsiyyətdə olmağım qarşımda qoyulan vəzifələrin öhdəsindən gəlməyimə kömək edəcək”.

M.Vəliyeva BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra etdiyini bildirib:

“Mən eyni zamanda Bakı Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsini də müvəqqəti icra edirəm. Bu, Bakıda olan fəaliyyyətimi davam etdirməyə imkan verir. Yəqin ki, bir müddət sonra ora yeni təyinat olacaq. Bu, zərurətdir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları