Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-28 15:37:00
Azərbaycanda ilk dəfə-Həkim gələnə qədər ilkin tibbi yardım layihəsi

Bütün dünyada sağlam gəncliyin yetişdirilməsi və onlar arasında ilkin tibbi anlayışların formalaşdırılması sağlam gələcəyin təminatçısıdır.

 

Bildiyimiz kimi, ölkəmizdə təhsilin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; Milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq, həmçinin sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır.

 

Azərbaycan Respublikası Təhsil Naziriyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” çərçivəsində Ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi üzrə “HƏKİM GƏLƏNƏ QƏDƏR-ilk yardım” layihəsi artıq tamamlanıb. Layihənin əsas məqsədi ölkənin bütün ümumtəhsil məktəblərində yeniyetmələr arasında hər hansı hadisə zamanı ilkin yardım yollarını öyrətməkdir.

 

Layihə rəhbəri Ağdam rayonu 71 saylı köçkün tam orta məktəbin direktoru, biologiya müəllimi Ülviyyə Tərlan qızı Mahmudovadır. Layihə çərçivəsində Həkim gələnə qədər ilk yardım qaydalarını öyrədici kitab hazırlanıb. İlk yardım qaydalarını təbliğ edən onlayn seminarlar keçirilib. Həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsində Tibb Universitetinin hərbi terapiya kafedrasının müəllimi , tibb üzrə fəlsəfə doktoru Şirvanova Rəna Əmirağa qızı, hərbi tibb mayoru, cərrah Ramin Əliyevin iştirakı ilə təlim videoları çəkilmişdi.

 

Ilk yardım qaydalarını mənimsəyən gənclər ləngimədən zərərçəkənə həkimə qədərki ilk tibbi yardım göstərməyə başlamalıdı. Ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi onlara həyat üçün təhlükəli olan aşağıdakı hallarda "təcili yardım” çağırdıqdan sonra, həkim gələnə qədər təxirə salınmadan ilk yardım göstərilmək bacarığı qazandıracaq: ✓ - yaralanmalar; ✓ - suda boğulma; ✓ - qanaxmalar; ✓ - huşun itirilməsi; ✓ - qıcolmalar; ✓ - heyvanlar tərəfindən dişləmələr; ✓ - arterial təzyiqin kəskin şəkildə yüksəlməsi və ya enməsi; ✓ - ürək fəaliyyətinin və tənəffüsun dayanması; ✓ - ilan sancması; ✓ - donvurma; ✓ - şok; ✓ - elektrotravmalar və s. bu kimi hallar. Kitabı oxuyaraq həmçinin hazırladığımız video çarxları izləyərək, HƏKİM GƏLƏNƏ QƏDƏR İLK YARDIM QAYDALARINI ÖYRƏNƏ BİLƏRSİZ. Fikrimcə orta məktəbi bitirmiş bütün yeniyetmələr hər hansı bir qəzada və ya həyatı, təhlükə altında qoyan digər təcili vəziyyətlərdə, tibb işçilərinin köməyi gələnə kimi həyatın xilas edilməsi və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədiylə ilk yardım göstərmək qabiliyyətinə malik olmalıdı.