Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-22 11:06:00
“Bizim sevimli dostlarımız” onlayn respublika fotomüsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Bizim sevimli dostlarımız” onlayn respublika fotomüsabiqəsinə yekun vurulub.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 3 mərhələdə keçirilən müsabiqəyə ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərindən 800-dən çox foto təqdim olunub.

Müsabiqənin nəticələrinə əsasən, 6 nəfər I, 8 nəfər II, 7 nəfər III yerlərə layiq görülüb. Qaliblər və fəal iştirakçılar Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif ediləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsinin məqsədi uşaq və gənclərdə foto sənətinə maraq yaratmaq, onların asudə vaxtını səmərəli və faydalı təşkil etmək, yaradıcılıq potensiallarını inkişaf etdirmək, həmçinin istedadlı uşaq və gəncləri üzə çıxarmaqdır.