Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-22 12:06:00
Qiymətləndirmədə iştirak edəcək ekspertlər üçün onlayn təlimlər başa çatıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər üçün növbəti onlayn təlimlər başa çatıb.

TKTA-dan AzEdu.az-a bildirilib ki, təlimlərdə Təhsil Nazirliyi və 11 müxtəlif ali təhsil müəssisəsinin nümayəndələrindən ibarət 17 mütəxəssis iştirak edib.

Mayın 19-dan 21-dək keçirilmiş təlimlərdə təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin və müvafiq struktur bölməsinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqət olunacaq məqamlara dair müzakirələr aparılıb. Eyni zamanda, təlim iştirakçıları daxili keyfiyyət təminatına dair Avropa standartları və tələbləri ilə tanış olub.
Virtual təlimlərdə yüksək nəticə göstərmiş namizədlər daxili keyfiyyət təminatı, xarici keyfiyyət təminatı və peşəkar ekspert olmaqla 3 səviyyə üzrə sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə edən ekspertlər Akkreditasiya Komissiyalarının akkreditasiya qiymətləndirmə fəaliyyətində iştirak edə biləcək.