Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-16 15:19:00
İnzibati rəhbər vəzifələr üzrə test imtahanlarında 12 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə bu gün keçirilmiş elektron test imtahanlarında AC2 altqrupu üzrə 1, AC3 altqrupu üzrə 5, AC4 altqrupu üzrə 6 nəfər olmaqla, ümumilikdə 12 namizəd uğur qazanıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, qeydiyyatdan keçmiş 61 nəfərdən 60-ı imtahanda iştirak edib. Test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün mayın 17-dən 31-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar.