Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 17:38:45
 Koordinasiya şurasına sədr təyin olundu

Rövşən Bəndəliyev AMEA professorlarının koordinasiya şurasının sədri təyin olunub.

AMEA-dan AzEdu.az-a verilən məlumata görə, AMEA-nın iyulun 11-də keçirilən iclasında kadr məsələlərinə baxılıb.  Rəyasət Heyətinin qərarı ilə riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev AMEA professorlarının koordinasiya şurasının sədri təyin olunub.

Qeyd edək ki, R. Ə. Bəndəliyev 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə həmin Universitetin “Riyazi analiz” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinə əyani aspiranturaya qəbul olub. 2000-ci ildə İnstitutun “Riyazi analiz” şöbəsinin kiçik elmi işçi vəzifəsinə (0.5 ştat) işə götürülüb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları