Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 17:27:00
AMEA-nın institut direktoruna vəzifə verildi

AMEA Reyasət Heyətinin iyulun 11-də keçirilən növbəti iclasında Akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunub.

AMEA-dan AzEdu.az-a verilən məlumata görə, iclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri məsələsinə baxılıb. Bildirilib ki, hər bir bölmənin büro iclasında akademik-katiblərin müavinləri və büro üzvlüyünə seçkilər keçirilib, nəticələr Rəyasət Heyətini təqdim edilib. Müzakirələrdən sonra Rəyasət Heyəti Kimya  Elmləri, Yer  Elmləri, Biologiya və Tibb Elmləri, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin bürolarının yeni tərkiblərini təsdiq edib.

Xatırladaq ki, Vaqif Fərzəliyev Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktorudur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları