Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 17:15:00
Alimlər BDU-nun 100 illik yubileyi ilə bağlı qərar qəbul etdi 

 

“Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamına uyğun olaraq AMEA Rəyasət Heyəti ali təhsil müəssisəsinin 100 illik yubileyi ilə bağlı qərar qəbul edib

AzEdu.az xəbər verir ki, bu sözləri iyulun 11-də AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev  deyib. Tədbirdə Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı Tədbirlər planı müzakirəyə çıxarılıb:

“Gələn il Azərbaycan xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual inkişafında müstəsna rola malik, şərəfli inkişaf yolu keçmiş Bakı Dövlət Universitetinin 100 yaşı tamam olacaq. Rəyasət Heyəti bu sənədə uyğun olaraq, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı qərar qəbul edib”.

Qeyd edək ki, müzakirədən sonra Rəyasət Heyəti AMEA-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planını təsdiq edib və Akademiyanın elmi bölmə və müəssisələrinə müvafiq tapşırıqlar verib.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları