Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 09:31:00
Müəllimlərin işə qəbulu üçün imtahanların vaxtı AÇIQLANDI

Müəllimlərin işə qəbulu imtahanlarının vaxtı məlum olub.

MİQ imtahanları üzrə qeydiyyatdan keçən və ərizəsi təsdiq olunan hər namizədin şəxsi səhifəsinə imtahanın keçiriləcəyi vaxt və imtahan barədə vacib məlumatlar göndərilib.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, MİQ imtahanları İbtidai sinif üzrə müəllimliyə namizədlər üçün 16-19 iyul, İngilis dili 19-20 iyul, Alman dili 20 iyul, Riyaziyyat 23-24 iyul, İnformatika və Təsviri incəsənət 24 iyul, Azərbaycan dili və ədəbiyyat 25,26 iyul, Rus dili və Rus ədəbiyyatı 26 iyul, Fransız dili və Musiqi 26 iyul, Tarix və Kimya 27 iyul, Fizika və Texnologiya 28 iyul, Biologiya 30 iyul, Fiziki tərbiyə və Coğrafiya 30,31 iyul tarixlərində keçiriləcək.

Belə ki, imtahana gələn namizədlərdən qeyd edilən məqamları diqqətə almaları xahiş olunur:

İmtahan zamanı içməli su, qələm və kağızla təmin olunacaqsınız. Bu səbəbdən üzərinizdə əlavə əşyalar gətirməməyiniz xahiş olunur. Qeydiyyat, imtahandan öncə təlimatlandırma və imtahan prosesi ümumilikdə təqribən 2,5 saat  müddətində davam edir. Hava şəraitinin isti olacağını nəzərə alaraq, qeyd olunan müddət ərzində sizi müşahidə edən yaxınlarınızın  (xüsusilə də səhhətində problem olan) qarşılaşa biləcəyi mümkün çətinliklərin yaranmaması üçün imtahana tək gəlməyiniz tövsiyə olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları