Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-13 12:00:00
Aprelin 15-də və 16-da keçiriləcək buraxılış imtahanlarında 26 mindən çox şagirdin iştirakı nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 15-də keçiriləcək buraxılış imtahanlarda 8124, aprelin 16-da keçiriləcək imtahanlarda isə 18367 nəfər olmaqla, ümumilikdə 26491 şagirdin iştirakı nəzərdə tutulur.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

 

Xatırladaq ki, aprelin 15-də və 16-da respublikanın 25 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. İmtahanlar saat 11:00-da başlanır.